Türkiyənin İstanbul şəhərində 26 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.
Yaralılar şəhərdəki xəstəxanalara aparılıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.
Qəza səbəbilə nəqliyyatın hərəkətinə bağlanan yolda bir müddət sonra hərəkət bərpa olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
