Türkiyədə İŞİD terror təşkilatını maliyyələşdirməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir təşkilata üzv olmaq və terroru maliyyələşdirmək cinayətlərinə görə məsuliyyətə cəlb edilən şəxslərin tutulması üçün İstanbulda yerləşən 20 mənzildə və 7 iş yerində eyni vaxtda əməliyyat keçirildiyini bildirib.
Əməliyyat zamanı 222 min lirə, 32 min 480 avro, 15 min 900 dollar nağd pul və çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilib.
“Polis əməkdaşlarımızı təbrik edirəm. Terror təşkilatları və terrorçularla mübarizəmiz qətiyyətlə davam edəcək. Terrorçuların maliyyə qaynaqlarını bir-bir qurudacağıq" – deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə
