Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 6 FETÖ üzvü tutulub

Türkiyənin Ədirnə şəhərində sərhədi qanunsuz olaraq keçməyə çalışan 9 nəfər saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığının keçdirdiyi əməliyyat zamanı saxlanılan və Ədirnədən Yunanıstana qaçmağa cəhd edən şəxslərdən 6-nın FETÖ terror təşkilatına üzv olduğu müəyyən olunub.

Digər əməliyyat zamanı isə "qəsdən adam öldürmə" cinayəti ilə axtarışda olan 2 nəfər və bir qanunsuz miqrant sərhəd xəttində yaxalanıb.

Qanunsuz miqrant Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə