Türkiyənin Sinop şəhərində fabrik işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 13 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sinopun Boyabat rayonundan Kastamonuya gedən mikroavtobus Hacıahmeti kəndində yol kənarındakı əkin sahəsinə aşıb.
Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis əməkdaşları cəlb edilib.
Yaralılar Boyabat Dövlət Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
