Türkiyədə Qəzzaya görə 3 günlük milli matəm elan olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı “Rəsmi Qəzetdə” yayımlanıb.
Qeyd edilib ki, türkiyəli deputat Özlem Zengin Qəzzada Əl Ehli Baptist Xəstəxanasını bombalanması nəticəsində 500 nəfərin həyatını itirdiyi hücumla əlaqədar Prezident Sərəncamı ilə 3 günlük milli matəm elan ediləcəyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
