Məzmuna keç

Türkiyənin bəzi şəhərlərində sarı və narıncı xəbərdarlıq edilib

Türkiyənin bəzi şəhərlərində güclü yağış proqnozlaşdırılır.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Şərqi Qara dənizdə Trabzon, Rize və Artvin vilayətləri üçün narıncı, Giresun üçün isə sarı kodla xəbərdarlıq edilib. Həmçinin 4 əyalətdə güclü tufan gözlənilir.

Səlahiyyətlilər daşqın, torpaq sürüşməsi kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə əhaliyə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə