Məzmuna keç

Türkiyədə yol qəzasında 14 nəfər xəsarət alıb

Türkiyənin Van şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Van-Başkale yolunda mikroavtobusun aşması nəticəsində 14 nəfər xəsarət alıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə