Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda yol qəzasında iki polis əməkdaşı xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sürətlə hərəkət edən ekskavator ərazidə xidmət aparan polis maşınına çırpılıb və hadisə yerindən qaçıb.
Hadisə nəticəsində 2 polis ağır xəsarət alıb. Təcili tibbi yardım maşınları vasitəsilə yaralı polis əməkdaşları xəsatəxanaya aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilib.
Ekskavtor sürücüsünün hadisə yerindən qaçarkən başqa nəqliyyat vasitələri ilə də toqquşduğu və çox sayda avtomobilə ciddi ziyan dəydiyi məlum olub.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə
