Türkiyənin Aydın şəhərində baş verən zəncirvari yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, 3 avtomobilin toqquşduğu qəza Efeler rayonunda, Aydın-Çine avtomobil yolunda qeydə alınıb.
Hadisə yerinə jandarma, xilasetmə və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Atatürk Dövlət Xəstəxanasına aparılıb.
Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə
