Məzmuna keç

Ədirnədə son bir həftədə mindən çox qanunsuz miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində son bir həftə ərzində aparılan yoxlamalar zamanı 1090 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ədirnə Jandarma Komandanlığı qrupları qanunsuz miqrasiyanın qarşısını almaq üçün şəhər mərkəzi və rayonlarda yoxlamalar aparıb.

Yoxlamalar zamanı Suriya, Pakistan, Əfqanıstan, Misir, İraq, İran və Fələstindən olan 1090 qeyri-qanuni qanunsuz miqrant tutulub.

Əməliyyatlar zamanı, həmçinin insan alverində şübhəli bilinən 25 nəfər saxlanılıb. Həmin şəxslərin istifadəsində olduğu müəyyən edilən 22 nəqliyyat vasitəsi ələ keçirilib.

Miqrantlar müvafiq hüquqi prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə