Türkiyənin Qaziantep şəhərində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarsus-Adana-Qaziantep avtomobil yolunun Qaziantep-Şanlıurfa arasındakı hissəsində sərnişin avtobusu yük maşını ilə toqquşub. Zərbənin gücündən yaxınlıqdakı baryerlərə çırpılan mikroavtobus aşıb.
Nəticədə 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.
Qəza səbəbindən Şanlıurfa-Qaziantep istiqamətində yol nəqliyyatın hərkətinə bağlanıb.
Şəbnəm Mehdizadə
