Türkiyənin Antalya şəhərində qanunsuz yollarla xaricə getməyə cəhd edən və FETÖ terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, onların dəniz yolu ilə xaricə qaçmağa cəhd edəcəyinə dair kəşfiyyat məlumatından sonra təhlükəsizlik qüvvələri hərəkətə keçib.
Ərazidə aparılan axtarışlar zamanı 14 nəfər yaxalanıb.
Şübhəlilər arasında keçmiş qərargah polkovnikləri, baş leytenantlar və kiçik zabitlərin də olduğu bildirilib.
Onlar dindirilmək üçün polis bölməsinə aparılıb.
Şəbnəm Mehdizadə
