Türkiyənin Osmaniye şəhərində ağır yol qəzası nəticəsində 5 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tarsus-Adana-Qaziantep avtomobil yolunun Düziçi adlı ərazisində yük maşını yol tikintisi işləri ilə əlaqədar 2 minik avtomobili və mikroavtobusla toqquşaraq qarşı zolağa çıxıb.
Yaralılar təcili yardım maşınları ilə Düziçi və Osmaniye xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə
