Türkiyənin İsparta şəhərində kütləvi dava olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki qrup arasında başlayan mübahisə insidentə çevrilib. İnsident zamanı 5 nəfər tüfənglə, 11 nəfər isə zərbədən yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Yaralıların 5-i Süleyman Dəmirəl Araşdırma və Tədris Xəstəxanasına, 11-i isə İsparta Şəhər Xəstəxanasına aparılıb.
Polis insidentdə iştirak edən şəxslərin tutulması üçün üçün genişmiqyaslı əməliyyat başlayıb.
Şəbnəm Mehdizadə
