Türkiyə ordusu Suriyanın şimalında 2 terrorçunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalındakı "Barış bulağı" bölgəsinə hücuma hazırlaşdıqları müəyyən edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
"Terrorçuların qaçılmaz sonu aydındır! Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Barış bulağı" bölgəsinə hücuma hazırlaşdığı aşkarlanan 2 PKK/YPG terrorçusunu xain məqsədlərinə çatmamış zərərsizləşdirib", – məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə
