Braziliyada məktəbə silahlı hücum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin San-Paulu ştatında Sapopemba dövlət məktəbinə silahlı basqın zamanı 15 yaşlı gənc atəş açıb.
Hücum nəticəsində 1 şagird ölüb, 3-ü yaralanıb. Polis şübhəli şəxsi yaralı halda yaxalayıb.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva vəfat etmiş şagirdin ailəsinə başsağlığı verib və hadisədən kədərləndiyini bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, martın 13-də San-Pauluda məktəbə edilən sonuncu silahlı hücumda bir müəllim ölüb, 4 şagird yaralanıb.
Şəbnəm Mehdizadə
