Türkiyədə FETÖ terror təşkilatının hazırki maliyyə strukturu ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosunun apardığı 4 müxtəlif araşdırma çərçivəsində 7 nəfər barəsində həbs qərarı çıxarılıb.
Bundan sonra hərəkətə keçən polis mərkəzi İstanbul olmaqla iki vilayətdə təşkil olunan əməliyyatlar zamanı həmin şəxsləri yaxalayıb.
Şəbnəm Mehdizadə
