Məzmuna keç

Türkiyədə 119 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Muğla şəhərində qanunsuz yollarla xaricə getməyə çalışan 119 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, qanunsuz miqrasiyanın qarşısının alınması və miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində jandarma qrupları tərəfindən Bodrum, Datça, Ortaca, Köyceğiz, Milas və Marmaris rayonlarında əməliyyat keçirilib.

Meşə sahələrində və sahillərdə aparılan əməliyyatlar zamanı 119 qanunsuz miqrant saxlanılıb, miqrant qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən 2 şübhəli həbs edilib.

Miqrantlar Muğla Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə