Türkiyənin İstanbul şəhərində özünü polis kimi təqdim edərək qadına qarşı dələduzluq edən şəxs həbs olunub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına müraciət edən qadın özünü polis kimi təqdim edən şəxsin onun 800 min lirə dəyərində ziynət əşyası və pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.
Dərhal hərəkətə keçən polis 22 yaşlı şübhəli şəxsi saxlayıb.
Barəsində 6 fərqli cinayət işi başladılmış şəxs barəsində həbs qətimkan tədbiri seçirilib.
Şəbnəm Mehdizadə
