Məzmuna keç

Banqladeşdə qasırğa nəticəsində 3 nəfər ölüb

Banqladeşdə "Hamoon" siklon qasırğası nəticəsində 3 nəfər ölüb, 63 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Koks-Bazar şəhər komissarının müavini Məhəmməd Şahin İmran məlumat verib.

O, 30 minə yaxın evə ziyan dəydiyini, elektrik və rabitə xətlərinin zədələndiyini bildirib.

Komissar müavini yaralanan 63 nəfərdən 18-nin müalicəsinin davam etdiyini söyləyib.

Axtarış-xilasetmə işlərində iştirak edən məsul şəxs Cihangir Elam şəhərdə 40 min insanın sığınacaqlara yerləşdirildiyini, 500 nəfərin isə evlərini tərk etdiyini qeyd edib.

Qeyd edək ki, "Hamoon" siklon qasırğasına görə Banqladeşin riskli bölgələrindən 1,5 milyon insan təxliyə edilib.

Şəbnəm Mehdizadə