Məzmuna keç

Qanunsuz yolla Türkiyəyə keçməyə çalışan 51 nəfər saxlanıldı

Türkiyənin Kırklareli şəhərində yük maşınının qoşqusunda 51 qeyri-qanuni miqrant aşkar edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları Kofçaz mahalına gedən yolda şübhəli yük maşınını saxlayıb.

Yoxlama zamanı yük maşınının qoşqusunda İran, İraq, Əfqanıstan və Pakistanlı 51 nəfər müəyyən edilib.

Miqrantlar geri göndərmə mərkəzinə təhvil verilib.

Hadisə ilə bağlı 2 nəfər şübhəli şəxs saxlanılıb.

Şəbnəm Mehdizadə