Məzmuna keç

Türkiyədə yanğın zamanı 47 ev külə dönüb

Türkiyənin Kastamonu şəhərinin Tosya adlı ərazisində yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Havadan və qurudan müdaxilə edilərək yanğın nəzarət altına alınıb.

Alov nəticəsində kənddə 47 ev yararsız hala düşüb, iri və xırdabuynuzlu mal-qara tələf olub. Kənd təsərrüfatına isə ciddi ziyan dəyib.

Yanğın zamanı evlərin əksəriyyətinin boş olduğu bildirilib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Şəbnəm Mehdizadə