Türkiyənin Ərzurum şəhərində zəncirvari yol qəzasında 23 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xidməti nəqliyyat vasitəsi qırmızı işıqda gözləyən sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusun qarşısındakı minik avtomobili ilə toqquşması və zəncirvari qəzanın yaranmasına səbəb olub.
5 nəqliyyat vasitəsinin iştirak ilə baş verən zəncirvari qəzada 23 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Ərzurum Şəhər Xəstəxanasına və Atatürk Universiteti Araşdırma Xəstəxanalarına aparılıb.
Qəza səbəbindən avtomobil yolu bir müddət nəqliyyatın hərkətinə bağlanıb.
Şəbnəm Mehdizadə
