Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qaçmaq istəyən iki nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Üyüklütatar kəndi yaxınlığındakı 1-ci dərəcəli qadağa olunmuş hərbi zonada aparılan yoxlamalar zamanı təhlükəsizlik qüvvələri tərəfindən xaricə qaçmaq istəyərkən saxlanılan şəxslərin FETÖ terror təşkilatının üzvü olduqları məlum olub.
Həmin şəxslər barədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
