Məzmuna keç

Mərkəzi Afrika Respublikasında 8 şagird qaçırılıb

Mərkəzi Afrika Respublikasının (MAR) Haut-Mbomou bölgəsində 8 şagird üsyançılar tərəfindən qaçırılıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Sülh Birliyi (UPC) adlı üsyançı qruplaşma şagirdlərin ailələrindən pul tələb ediblər.

Qeyd edək ki, ölkədə 20-dən çox silahlı qruplaşma var ki, tez-tez insanları qaçıraraq pul tələb edirlər. Ordu bu qruplaşmalara qarşı əməliyyatlar keçirir

Şəbnəm Mehdizadə