Türkiyənin Ədirnə şəhərində hərbi maşının qəzaya uğraması nəticəsində 3 hərbçi yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına xəbər verir ki, hərbçiləri daşıyan nəqliyyat vasitəsi Ədirnədən Süloğlu rayonuna gedərkən Hacıumur kəndi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub.
Nəqliyyat vasitəsində sıxışmış vəziyyətdə qalan hərbçilər xilas edilib. Yaralı əsgərlər xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə
