Meksikada "Otis" qasırğası nəticəsində 27 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksikanın təhlükəsizlik naziri Rosa İsela Rodriqes məlumat verirb.
O, qasırqa nəticəsində 4 nəfərin itkin düşdüyünü açıqlayıb.
Nazirin sözlərinə görə, qasırğa nəticəsində on minlərlə insanın evinə ziyan dəyib, yaşayış evləri işıqsız qalıb.
Qasırğa ölkənin cənubundakı sahilyanı Akapulko şəhərinə çatıb. Qerrero ştatı qasırğanın mümkün dağıdıcı təsirlərinə görə 396 müvəqqəti sığınacaq yaratmaq üçün işlərə başlanıldığını açıqlayıb.
Axtarış-xilasetmə tədbirləri çərçivəsində bölgəyə Meksika ordusu və donanmasından 8 mindən çox əsgər göndərilib, bölgədəki limanlar da müvəqqəti olaraq bağlanıb.
Şəbnəm Mehdizadə
