Türkiyənin Niğde şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda jandarma, xilasetmə və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Niğde valisi Cahit Çelik yanğının qarşısının alındığını və hazırda soyutma işlərinin davam etdiyini bildirib.
O, hadisə nəticəsində xəsrət alanların olmadığını söyləyib.
Yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
