Məzmuna keç

İzmir sahillərində 186 qanunsuz miqrant yaxalanıb

Türkiyənin İzmir şəhəri sahillərində Yunanıstan tərəfindən geri qaytarılan 87 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan məlumata görə, Çeşme, Urla, Seferihisar və Dikili rayonlarında rezin qayıqlarla köməksiz vəziyyətdə qalan ümumilikdə 87 qanunsuz xilas edilib.

Sahil mühafizəçiləri, həmçinin Çeşme, Seferihisar və Dikili rayonlarında qeyri-qanuni yollarla xaricə getməyə çalışan 186 miqrantı yaxalayıb.

Miqrantlar İzmir Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm mehdizadə