Məzmuna keç

Ukrayna MN: “Düşmən Xersonda bombalardan istifadəni artırıb”

"Rus işğalçıları Xerson vilayətində idarə olunan bombalardan istifadəni artırıblar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

Onun sözlərinə görə, düşmən bu yaxınlarda Xersona 40-a qədər idarə olunan bomba atıb.

Gumenyuk deyib ki, əsasən, iaşə obyektləri, uşaq bağçaları və özəl sektorun binalarına zərbələr endirilir: "Təəssüf ki, mülki əhali arasında ölənlər və yaralananlar var".

O, hücumların səbəbini belə açıqlayıb: "Döyüş meydanında uğur qazana bilmirlər. Ona görə mülki əhalini hədəfə almağa çalışırlar".

Şəbnəm Mehdizadə