"Ukrayna Müdafiə Qüvvələri düşmən qüvvələrinin geri çəkilməsi üçün Dnepr çayının sol sahilindəki zolağı maksimum dərəcədə təmizləməyə çalışır".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.
O, son 24 saat ərzində Rusiya ordsunun 30 hərbçisinin məhv edildiyini bildirib.
"Həmçinin 7 iriçaplı silah, bir elektron döyüş stansiyası, bir FPV pilotsuz uçuş aparatı və 6 ədəd zirehli texnika məhv edilib. Düşmənin adalarda yerləşdirdiyi üç müşahidə məntəqəsini də məhv etməyə nail olduq", – Qumenyuk qeyd edib.
Şəbnəm Mehdizadə
