Məzmuna keç

İzmirdə İŞİD-ə qarşı əməliyyatda 21 nəfər saxlanılıb

Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 21 şübhəli şəxs saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Prokurorluğu tərəfindən terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində münaqişə bölgələri ilə əlaqəli olan xarici ölkə vətəndaşlarının deşifrə edilməsi istiqamətində araşdırma aparılıb.

Əvvəlki dövrdə İŞİD adından münaqişə bölgələrində fəaliyyət göstərdikləri və İzmirdə İŞİD-ə bağlı şəxslərlə görüşlər keçirdikləri barədə məlumat olan 26 şübhəlinin tutulması üçün əməliyyat təşkil edilib.

Əməliyyat zamanı onlardan 21-i yaxalanıb, digər 5 nəfərin tutulması istiqamətində işlər davam etdirilir.

Saxlanılan şəxslərin evlərində aparılan axtarışlar zamanı ov tüfəngi, boş tüfəng, müxtəlif ölçülü qılınc, bıçaq və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Şəbnəm Mehdizadə