Türkiyənin Çorum şəhərində avtobus dayanacağına silahlı hücum zamanı 3 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, naməlum şəxs dayancaqdakı şəxslərə ov tüfəngindən atəş açıb.
Hadisə nəticəsində dayanacaqda olan 5 nəfərdən 3-ü xəsarət alıb.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Hitit Universiteti Erol Olçok Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə yerindən qaçan şübhəli polis tərəfindən saxlasnılıb. Hücum zamanı xəsarət almayan və hadisə yerindən uzaqlaşan 2 nəfərin şəxsiyyətinin müəyyən olunması istiqamətində araşdırmlara aparılır.
Şəbnəm Mehdizadə
