Türkiyənin Kayseri şəhərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkillərini yandıran 3 məktəbli saxlanılıb
E-huquq.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Kayseri Valiliyi məlumat yayıb.
Bildirilib ki, Atatürkün fotosunun yandırılması ilə bağlı sosial media platformalarında videonun yayıldığı müəyyən edilib. Həmin əməli törədən şəxslərlə bağlı araşdırmalara başlanılıb. Tutulan 3 şagirdlə bağlı jandarmada müvafiq hüquqi prosedurlar davam edir.
Paylaşılan görüntünün Kayserinin İncesu rayonunda qeydə alındığı bildirilir.

Şəbnəm Mehdizadə
