Türkiyənin Elazığ şəhərində məktəblilləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 27 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ağacəkmə aksiyasından qayıdan Çubukbey Anadolu Liseyi şagirdlərini daşıyan mikroavtobusun əyləci partlayıb. Bu zaman idarəetməni itirən sürücü işıqforun qırmızı işığında gözləyən iki avtomobillə toqquşub və parkdakı ağaca çırpılıb.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib. İlkin tibbi yardımdan sonra yaralılar təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıb.
Qəza nəticəsində yaralanan 27 nəfərdən birinin vəziyyəti ağır olduğu bildirilir.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
