“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir: “Böyük planlarımız var. Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”.
