Məzmuna keç

Bodrum sahillərində qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin Muğla şəhərində 67 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Muğlanın Bodrum sahillərində üç rezin qayıqda qanunsuz miqrantların olduğu müəyyən edilib.

Dərhal əraziyə Sahil Mühafizə qrupları yönəldilib. Qayıqda 67 qanunsuz miqrant və qanunsuz olaraq xaricə getməyə cəhd edən Türkiyə vətəndaşı saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə