Ötən həftə Türkiyənin Van şəhərində terrorla mübarizə çərçivəsində keçirilən əməliyyatlar zamanı 24 nəfər yaxalanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Şəhər Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, komandaların 23-29 oktyabr tarixlərində həyata keçirdikləri əməliyyatlar zamanı saxlanılan şəxslərdən 15-nin PKK/KCK, 6-nın FETÖ və 3-nün dini terror təşkilatı ilə əlaqədə olduğu müəyyən edilib.
Şübhəlilər barəsində həbs-qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
