Türkiyənin Kocaeli şəhərində yol qəzasına düşən həyat yoldaşının yanına gedən sürücü qəza törədib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmit rayonunda qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində maşın qarşıdan gələn avtomobillə toqquşaraq aşıb. Nəticədə 5 nəfər xəsarət alıb.
Avtomobillərdə sıxışmış vəziyyətdə qalan sərnişinlər xilasedicilərin köməyi ilə çıxarılıb. Yaralılar xəstəxanaya aparılaraq onlara tibbi yardım göstərilib.
Məlumata görə, qəzanı törətməkdə şübhəli bilinən sürücü həyat yoldaşının qəzaya düşməsi barədə xəbər aldıqdan sonra təşviş içində evdən çıxıb və öz şəxsi avtomobili ilə hadisə yerinə gedirmiş.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Şəbnəm Mehdizadə
