Məzmuna keç

Meksikada “Otis”qasırğası nəticəsində 48 nəfər ölüb

Meksikanın cənubundakı Akapulko şəhərinə çatan “Otis” qasırğası nəticəsində ölənlərin sayı 48-ə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Gerrero əyalətinin qubernatoru Evelin Salqado məlumat verib.

O, itkin düşənlərin sayının hələlik 36 nəfər olduğunu bildirib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador da axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini vurğulayaraq, bölgəyə səfər edəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 26-da 5-ci kateqoriyaya yüksələn və dağıdıcı ola biləcəyi xəbərdarlığı edilən qasırğa nəticəsində on minlərlə insanın evinə ziyan dəyib, yaşayış evləri işıqsız qalıb.

Şəbnəm Mehdizadə