Məzmuna keç

Hərbi Administrasiya: “Rusiya Mirqorod rayonuna raket zərbəsi endirib”

"Oktyabrın 31-nə keçən gecə Rusiya Poltava vilayətinin Mirqorod rayonu ərazisinə raket zərbəsi endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Filip Pronin məlumat verib.

Onun sözlərinə görə, kritik və mülki infrastruktura ziyan dəyməsinin qarşısı alınıb. Hücum nəticəsində itki olmayıb.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket təxminən gecə yarısı Mirqorod istiqamətində hərəkət edib. İnsanlara dərhal sığınacaqlara getmək barədə çağırış edilib. Şəhərdə partlayış səsləri eşidilib.

Şəbnəm Mehdizadə