"Son 24 saat ərzində Ukrayna hərbçiləri Rusiyanın mövqelərinə növbəti güclü zərbə endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri düşmənin artilleriya sistemlərini, zenit-raket kompleksini və digər mühüm hədəflərini məhv edib: "Ukrayna aviasiyası şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 19, düşmənin zenit-raket kompleksinə isə 1 zərbə endirib. Bundan əlavə, son 24 saat ərzində hava hücumundan müdafiə qüvvələri 12 pilotsuz uçuş aparatını, 2 idarə olunan təyyarə raketini və 6 kəşfiyyatçı PUA-nı məhv edib. Eyni zamanda, raket qoşunlarının bölmələri hava hücumundan müdafiə sistemini, rusların cəmləşdiyi 5 ərazini, onların silah və texnikasını, 9 artilleriya silahını və 6 digər mühüm hədəfini vurub".
Baş Qərargah Rusiya Federasiyasının müharibə qanunlarına məhəl qoymamaqda davam etdiyini, təkcə hərbi deyil, həm də Ukraynadakı mülki hədəflərə çoxsaylı raket sistemlərindən atəş açdığını vurğulayıb.
Şəbnəm Mehdizadə
