"Son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 7 raket və 90 hava zərbəsi endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Məlumata görə, Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv raket sistemlərindən 82 hücum həyata keçirilib: "Bu hücumlar mülki vətəndaşların ölümünə və yaralanmasına, şəxsi yaşayış evlərinin və digər mülki infrastrukturun dağıdılmasına və zədələnməsinə səbəb olub".
"Belə ki, bu gecə rus işğalçıları “Şahed-136/131” tipli 2 pilotsuz uçan aparat və X-59 idarə olunan raketindən istifadə edərək Ukraynaya növbəti hücuma keçib. Hava hücumundan müdafiə qüvvələri düşmənin bütün PUA-larını məhv edib", – deyə Baş Qərargahın məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
