Məzmuna keç

Türkiyə-Yunanıstan sərhədində qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin Ədirnə şəhərində qeyri-qanuni yollarla sərhədi keçməyə çalışan 87 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, saxlanılan miqrantların Mərakeş, Suriya, Fələstin, İraq və Pakistan vətəndaşları olduğu müəyyən edilib.

Yunanıstan sərhədində tutulan miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə