Pakistanın Bəlucistan əyalətində polis məntəqəsinə silahlı hücum olub.
E-huquq.az bu barədə Pakistan mediasına istinadən xəbər verir.
Məlumata görə, silahlılar Bəlucistanın Turbat bölgəsində Nəsirabad Polis İdarəsinə hücum ediblər.
Hücum zamanı tikinti işləri üçün bölgəyə gələn və təhlükəsizlik səbəbilə polis idarəsində qalan 4 işçi və bir polis həlak olub.
Qeyd edək ki, oktyabrın 14-də Turbatda işçilərə qarşı törədilən terror aktı nəticəsində 6 nəfər həyatını itirib. İşçilərin təhlükəsizliyi üçün səlahiyyətlilər onları polis idarəsində yerlə təmin etmək qərarına gəlib.
Şəbnəm Mehdizadə
