Məzmuna keç

Ukrayna BQ: “Son sutkada Rusiyanın 18 PUA-sı vurulub”

"Son 24 saat ərzində Rusiya ordusu Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 8 raket və 97 hava zərbəsi endirib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, həmçinin çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 84 hücum həyata keçirilib: "Hücumlar nəticəsində mülki əhali arasınd ölən və yaralananlar var. Fərdi yaşayış evləri və digər mülki infrastruktur ciddi ziyan dəyib".

Qərargahın məlumatına görə, xüsusilə, Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərində yüzlərlə yaşayış məntəqəsi hava və artilleriya zərbələrinə məruz qalıb.

Bundan əlavə, bu gecə rus qoşunları Kh-59 idarə olunan raketi və 20 "Shahed-136/131" PUA-dan istifadə etməklə Ukraynaya növbəti raket və hava zərbəsi endirib. Ukraynanın hava hücumundan müdafiə qüvvələri bir raket və 18 PUA-nı məhv edib.

Şəbnəm Mehdizadə