Türkiyənin Kocaeli şəhərində işçiləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində 14 xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çayırova rayonunda işçiləri daşıyan mikroavtobus yolun kənarında dayanan avtomobilə çırpılıb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücü, mikroavtobusda olan 9 fəhlə və minik avtomobilindəki 3 sərnişin yaralanıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza səbəbindən yol uzun müddət nəqliyyatın hərəkətinə bağlı olub.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə
