Türkiyənin Ərzurum şəhərində Quran kursunda yanğın olub.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, 55 qız şagirdin təhsil aldığı üçmərtəbəli xüsusi Quran kursunda naməlum səbəbdən baş verən yanğının söndürülməsinə çox sayda yanğınsöndürən cəlb olunub.
Yanğında tüstüdən zərər çəkən 6 şagird ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində kursun binasına ciddi ziyan dəyib.
Şəbnəm Mehdizadə
