Türkiyənin Çanaqqala şəhəri sahillərində həyata keçirilən əməliyyatlarda 77 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sahil mühafizəsinin əməkdaşları tərəfindən Ayvacık sahillərində qanunsuz miqrantların olduğu rezin qayıqlar aşkar edilib.
Sahil mühafizəçiləri Yunanıstan tərəfindən geri qaytarılan əfqan əsilli miqrantları xilas edib.
Aparılan yoxlamalar zamanı xarici ölkə vətəndaşları ilə yanaşı, qeyri-qanuni yollarla ölkəni tərk etməyə cəhd edən şübhəlinin də olduğu müəyyən edilib.
Tutulan şübhəli şəxs barəsində istintaq başlanıb.
Şəbnəm Mehdizadə
