"Ukrayna qoşunları cəbhədə düşmənin potensialını darmadağın edir".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.
"Rusların uzun müddətdir güc toplamasına və hazırda bu qüvvə və vasitələrlə manevr etməsinə baxmayaraq, müdafiə qüvvələri düşmənin potensialını güclü şəkildə məhv etməkdə davam edir. Biz əks-aktareya döyüşünü və digər döyüş üsullarını davam etdiririk", – deyə o qeyd edib.
"Sol sahilin materik hissəsində düşmən relyefin hansı hissəsində möhkəmlənmək üçün daha əlverişli olacağına qərar verməyə çalışır. Çünki, biz işğalçıların atəş nöqtələrini yerləşdirdiyi mövqeləri məhv etməyə davam edirik. Bundan əlavə, onlar Zaporojye istiqamətində ciddi dərəcədə sıxışdırılır", – Qumenyuk bildirib.
Şəbnəm Mehdizadə
